Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xətai rayonunun Zığ yolu küçəsində yol-nəqliyyat hadisəsi

19.12.2014

Dekabrın 19-da saat 15 radələrində Xətai rayonunun Zığ yolu küçəsində Füzuli rayon sakini Nuşirəvan Qurbanov idarə etdiyi "AzSamand" markalı avtomobili qarşıda gedən Bakı şəhər sakini Rüfət Əliyevin idarə etdiyi “Ford” markalı avtomobilə vurduğundan “Ford” markalı avtomobil yolun əks istiqamətinə çıxaraq Bərdə rayon sakini Babək Piriyevin idarə etdiyi “BMW” markal avtomobillə toqquşmuş, “AzSamand” markalı avtomobil isə idaretməni itirdiyindən yolun kənarında dayanmış Cəlilabad rayon sakini Emin Hüseynova məxsus “Audi” və Bakı şəhər sakini Rafiq Dəmirçiyevə məxsus “VAZ-2107” markalı avtomobillərə və piyada, Bakı şəhər sakini Rəşad Hüseynova dəymişdir. N.Qurbanov hadisə yerində ölmüş, E.Hüseynova və R.Əliyevin 2 sərnişininə, habelə R.Hüseynova xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

19.12.2014 tarixinə olan kriminal məlumatlar