Oğurluq etmiş Siyəzən rayon sakini Səxavət Kərimov tutulmuşdur
19.12.2014Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Mehman Məmmədovun mobil telefonunu, Saqif Həsənovun noutbukunu, Həmid Mirzəyevin 450 manatını, mobil telefonunu və sənədlərini, Nailə Ağayevanın mobil telefonunu, Rüfət Əhmədovun 2 ədəd mobil telefonunu və Kəmalə Sultanovanın 2 ədəd mobil telefonunu oğurlamış Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş Səxavət Kərimov tutulmuşdur.