Oğurluq etdiyinə görə tutulmuş Şahlar Şahbazovun digər cinayət əməlləri də müəyyən edilmişdir
08.12.2014Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 15-də Gülnar Əzizovanın mobil telefonunu oğurlamış Şahlar Şahbazov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakinləri S.Abdullayevanın və A.Sultanovanın çantalarından, R.Ələsgərovun, S.Babayevanın, B.İlyasovanın, C.Rüstəmovun, R.Aslanovun, B.Hüseynovun, R.Rəsulovun mənzillərindən, A.İmanovun və İmran Şahıyevin cibindən pul, qızıl əşyalar və mobil telefon oğurlaması da müəyyən edilmişdir.