Ağcabədi rayonunun Aşağı Avşar kənd sakini Mehman Rüstəmovu qətlə yetirmiş Fikrət Məhərrəmov tutulmuşdur
08.12.2014Dekabrın 8-də Ağcabədi rayonunun Aşağı Avşar kəndində Mehman Rüstəmovun yaşadığı evə gəlmiş həmkəndlisi Fikrət Məhərrəmov münaqişə zəminində ona və onun arvadı Təranəyə bıçaqla xəsarət yetirib hadisə yerini tərk etmişdir. M.Rüstəmov hadisə yerində ölmüş, Təranənin vəziyyəti qənaətbəxşdir.
Ağcabədi RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Məhərrəmov Hindarx kəndinin ərazisində tutulmuşdur.