Cəlilabad rayon sakini Elməddin Məmiyevdən narkotik vasitə və saxta əskinaslar aşkar edilərək götürülmüşdür
08.12.2014Lənkəran ŞRPŞ və Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini Elməddin Məmiyevin Lənkəran şəhərində kirayədə yaşadığı mənzilə baxış zamanı 0,9 qram tiryək, 67 ədəd 500 rublluq saxta əskinas və 1 ədəd avtomobil dövlət qeydiyyat nişanları aşkar edilərək götürülmüşdür.