Yardımlı rayonunun Separadi kəndində yol-nəqliyyat hadisəsi
08.12.2014Dekabrın 8-də saat 15 radələrində Yardımlı rayonunun Separadi kəndində Lerik rayon sakini İltifat Şahbazov idarə etdiyi “VAZ-2121” markalı avtomobili aşırmışdır. Sürücü və sərnişinlərindən - rayon sakinləri Ağa Yaqubov və Sübhan Qubadov hadisə yerində ölmüş, digər 1 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Yardımlı RPŞ tərəfindən araşdırma aparılır.