Noyabrın 19-da polis baş serjantı N.Bayramova və polis kiçik serjantı Y.Umudova bıçaqla xəsarət yetirib hadisə yerini tərk etmiş şəxslər tutulmuşlar
21.11.2014Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 19-da Bakı BPİ DYPİ-nin əməkdaşları - polis baş serjantı Nicat Bayramova və polis kiçik serjantı Yasin Umudova bıçaqla xəsarət yetirib hadisə yerini tərk etmiş Bakı şəhər sakinləri İlham Ağayev və Cinayət Məcəlləsinin 126-cı və 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddələri ilə axtarışda olan Urman Aslanov tutulmuşlar.
İ.Ağayevin idarə etdiyi “Nissan” markalı avtomobilə baxış zamanı 6,75 qram marixuana, U.Aslanovdan isə 10,012 qram heroin götürülmüşdür.