Paytaxt sakinləri M.Məmmədova və X.Quliyevaya məxsus mağazalardan oğurluq etmiş iki şəxs saxlanılmışdır
21.11.2014Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Məcid Məmmədova və Xanım Quliyevaya məxsus mağazalardan pul və tütün məmulatı oğurlamış, habelə İlyas Şükürova məxsus mağazadan oğurluğa cəhd göstərmiş Ağsu rayon sakini Əlisahib Aslan oğlu Bədəlov və Ağdaş rayon sakini Fərid Rəhimov saxlanılmışlar.