Paytaxtın Nizami rayonunun H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi
21.11.2014Noyabrın 21-də saat 13 radələrində paytaxtın Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakinləri Gülağa Fərzəliyevin idarə etdiyi “Renault”, Məmməd Nəcəfovun idarə etdiyi “Mercedes”, Əşrəf Həsənovun idarə etdiyi “Mercedes”, Natiq Xəlilovun idarə etdiyi “Honda”, Xəyal Rzayevin idarə etdiyi “Hyundai” və Asəf Eyvazovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşmuşdur. M.Nəcəfov, Ə.Həsənov, G.Fərzəliyev və onun 1 sərnişini, həmçinin N.Xəlilovun 3 sərnişini xəstəxanaya yerləşdirilmiş, onlardan azyaşlı Surə ölmüş, digərlərinə ilkin tibbi yardım göstərilmişdir.
Nizami RPİ tərəfindən araşdırma aparılır.