Gəncə şəhərində yol-nəqliyyat hadisəsi
20.11.2014Noyabrın 20-də saat 18 radələrində Gəncə şəhərində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Rauf Şahbazov vurulmuşdur. Piyada xəstəxanaya yerləşdirilmişdir.
Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş "Ford-Tranzit" markalı avtomobilin sürücüsü, şəhər sakini İlqar Hüseynov saxlanılmışdır.
Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.