Oğurluq etdiyinə görə tutulmuş Bakı şəhər sakini Qasım Əliyevin digər cinayət əməlləri də müəyyən edilmişdir
20.11.2014Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 15-də İsgəndər Nəsibova məxsus "Mercedes" markalı avtomobildən monitor oğurlamış Bakı şəhər sakini Qasım Əliyev tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun oktyabrın 22-də İlahə Cəfərliyə məxsus "KİA" markalı avtomobilin şüşəsini sındırması və noyabrın 19-da Rüstəm Həşimova məxsus "Dodge" markalı avtomobildən ehtiyat açarını oğurlaması da müəyyən edilmişdir.