Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Binəqədi rayonunun Biləcəri qəsəbəsində yol-nəqliyyat hadisəsi

20.11.2014

Noyabrın 20-də saat 17 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsində Bakı şəhər sakini Nazim Məmmədovun idarə etdiyi "ZİL" markalı avtokranı həmyerlisi Hafiz Hüseynova məxsus "Mercedes" markalı avtomobilə, habelə yolun kənarında dayanmış paytaxt sakinləri Yusif Şıxlarova məxsus "Toyota", Asəf Şükürova məxsus "VAZ-2107" və David Əliyevə məxsus "Mercedes" markalı avtomobillərə vurmuşdur. Sonradan H.Hüseynovun avtomobili yolun kənarında dayanmış Bakı şəhər sakini Oqtay Zərbəliyevə məxsus "Mercedes" markalı avtomobilə dəymişdir. N.Məmmədova, A.Şükürova və sərnişini Orxan Şərifova xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.

20.11.2014 tarixinə olan kriminal məlumatlar