Lənkəran rayon Yuxarı Nüvədi kənd sakini Davud Mustafayevdən norkotik vasitələr götürülmüşdür
07.11.2014Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yuxarı Nüvədi kənd sakini, əvvəllər məhkum olunmuş Davud Mustafayevin evinə baxış zamanı 182 qram marixuana, 32 qram həşiş, 57 qram heroin, 150 qram cətənə toxumu, 1 ədəd elektron tərəzi, 10 ədəd şpris və 10 ampula distilə edilmiş su aşkar edilərək götürülmüşdür. Onun evində olan rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Zülfüqar Quliyevdən 0,1 qram, İsfəndiyar Mustafayevdən 0,5 qram, Murad Həbibovdan 0,1 qram heroin götürülmüşdür.