Oğuz rayonunun Bucaq kəndində yol-nəqliyyat hadisəsi
07.11.2014Noyabrın 7-də saat 01 radələrində Oğuz rayonunun Bucaq kəndində Sumqayıt şəhər sakini Ziyəddin Məhərrəmovun idarə etdiyi “Volkswagen” və rayon sakini Hümbət Musayevin idarə etdiyi dövlət qeydiyyat nişanları olmayan “ZİL-31” markalı avtomobillər toqquşmuşdur. Z.Məhərrəmov hadisə yerində ölmüş, 1 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
BDYPİ tərəfindən araşdırma aparılır.