Gəncə şəhərində yaşayan Pərvanə İsmayılovaya məxsus evdə yanğın baş vermişdir
07.11.2014Noyabrın 7-də saat 02 radələrində Gəncə şəhərinin Ü.Hacıbəyli küçəsində yaşayan Pərvanə İsmayılovaya məxsus 1 otaqlı evdə yanğın baş vermiş və 15 kvm. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanmışdır. Yanğın söndürüldükdən sonra evdə P.İsmayılovanın əl və ayaqları naqillə bağlanmış vəziyyətdə olan, qismən yanmış meyiti tapılmışdır.
Gəncə ŞBPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.