Bakı şəhər sakini Vüqar Quliyev saxlanılmışdır
06.11.2014Noyabrın 6-na keçən gecə paytaxtın Nizami rayonu ərazisindən Bakı şəhər sakini Ramil Şükürzadəyə məxsus “VAZ-21015” markalı avtomobilin təkərləri oğurlanmışdır. Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Vüqar Quliyev saxlanılmışdır.