Səbail rayonu ərazisindəki Orta Məktəbin zirzəmisində yanğın baş vermişdir
06.11.2014Noyabrın 6-da saat 10 radələrində Səbail rayonu ərazisindəki 51 saylı Orta Məktəbin zirzəmisində yanğın baş vermişdir. Nəticədə 12 kvm. sahə döşəmə və partalar yanmış, tüstüdən zəhərlənmiş bir müəllimə və 3 şagird Təcili Tibbi Yardım Stansiyasında ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.
Araşdırma aparılır.