ARDNŞ-nin N.Nərimanov adına NQÇİ-nin dəniz mədənlərinin birində estakada meydançası suya aşmışdır
06.11.2014Noyabrın 6-da saat 16 radələrində ARDNŞ-nin N.Nərimanov adına NQÇİ-nin dəniz mədənlərinin birində estakada meydançası suya aşmışdır. Orada işləyənlərdən - Bakı şəhər sakini Oktay Yusifovun meyiti sudan çıxarılmış, Bakı şəhər sakini Zərbəli Ağayevin tapılması üçün tədbirlər görülür, Samux rayon sakini Rauf Abdullayev, Ordubad rayon sakini Samir Şəfiyev və Bakı şəhər sakini Qafar Məhərrəmov xəstəxanaya yerləşdirilmişlər.
Araşdırma aparılır.