Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gəncə şəhərinin D.Qorqud küçəsindən Oqtay Məmmədova məxsus qaçırılmış avtomobil saxlanılmışdır

22.10.2014

Oktyabrın 23-də saat 05 radələrində Gəncə şəhərinin D.Qorqud küçəsindən Oqtay Məmmədova məxsus içərisində 4000 manat olan “Maxima” markalı avtomobil qaçırılmışdır.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə avtomobili idarə edən sürücü BDYPİ-nin əməkdaşları tərəfindən saxlanılarkən tabeçilik göstərməyib hərəkəti davam etdirmiş və görülmüş tədbirlər nəticəsində Binəqədi rayonu ərazisində saxlanılmışdır.

Avtomobilin O.Məmmədovun oğlu Samir tərəfindən idarə edilməsi və onun sərxoş halda olması müəyyən edilmişdir.

Avtomobilə baxış zamanı 2000 manat, sənədlər, müvafiq sənədləri olan ov tüfəngi, 14 ədəd patron, 4 ədəd giliz, habelə başqa bir avtomobilə məxsus dövlət qeydiyyat nişanları götürülmüşdür.

Kəpəz RPİ tərəfindən araşdırma aparılır.

22.10.2014 tarixinə olan kriminal məlumatlar