Qobustan rayonunun Cəngi kəndində yol-nəqliyayt hadisəsi
22.10.2014Oktyabrın 23-də saat 18 radələrində Qobustan rayonunun Cəngi kəndində Bakı şəhər sakini Tahir Ağayevin idarə etdiyi “VAZ-2124” və Cəyirli kənd sakini Alxan Məmmədovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşmuşdur. T.Ağayev hadisə yerində ölmüş, sərnişini - arvadı Nadejda xəstəxanaya yerləşdirilmişdir.
BDYPİ tərəfindən araşdırma aparılır.