Nərimanov rayonunun Z.Bünyadov prospektində yol-nəqliyyat hadisəsi
22.10.2014Oktyabrın 23-də saat 11 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində şəxsiyyəti müəyyən edilməmiş sürücü idarə etdiyi “Daewoo” markalı 82 saylı xətt avtobusu ilə yolu keçən Füzuli rayon sakini Asəf Şirinovu vurub avtomobildən düşərək hadisə yerini tərk etmişdir. A.Şirinov hadisə yerində ölmüşdür.
Nərimanov RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.