Goranboy rayonunun Sarov kəndində yol-nəqliyyat hadisəsi
22.10.2014Oktyabrın 23-də saat 22 radələrində Goranboy rayonunun Sarov kəndində şəxsiyyəti müəyyən edilməmiş sürücü idarə etdiyi “BMW” markalı avtomobili yol ayırıcısına vurmuş və düşərək hadisə yerini tərk etmişdir. Xəstəxanaya yerləşdirilmiş sərnişini - Gəncə şəhər sakini Fikrət İsmayılov ölmüşdür.
BDYPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.