Tərtər rayonunun Dördyol qəsəbəsində yol-nəqliyyat hadisəsi
09.10.2014Oktyabrın 9-da saat 21 radələrində Tərtər rayonunun Dördyol qəsəbəsində Bərdə rayon sakini Ramin Qasımovun idarə etdiyi “QAZ-21” və Kəlbəcər rayon sakini Umudvar Qurbanovun idarə etdiyi “QAZ-5312” markalı avtomobillər toqquşmuşdur. R.Qasımovun 1 sərnişini, U.Qurbanovun 1 sərnişini, habelə hadisə yerinin yaxınlığında olan Kəlbəcər rayon sakini Ramiz Nəsibov xəstəxanaya yerləşdirilmişlər.
Tərtər RPŞ tərəfindən araşdırma aparılır.