“Beynəlxalq Bank”-a məxsus bankomatın partladılması və içərisindəki pul olan qutunun aparılması müəyyən edilmşdir
09.10.2014Oktyabrın 10-da saat 05 radələrində DİN-in "102 Zəng Mərkəzi"nə Sabunçu rayonu Bilgəh qəsəbəsinin ərazisində partlayış səsinin eşidilməsi barədə məlumat daxil olmuşdur.
Araşdırmalar zamanı Ü.Hacıbəyov küçəsində yerləşən mağazanın önündə “Beynəlxalq Bank”-a məxsus bankomatın partladılması və içərisindəki pul olan qutunun aparılması müəyyən edilmşdir.
Mağazanın mühafizəçisi İkram Mirzəyev izahatında 3 maskalı şəxsin avtomat silahla onu hədələyərək əl-ayağını yapışqanlı lentlə bağlayıb “VAZ-2107” markalı avtomobilin yük yerində aparmalarını və bir neçə dəqiqədən sonra yenidən mağazanın qarşısında düşürmələrini bildirmişdir.Faktla bağlı Cinayət Məcəlləsinin 181.2.1-ci və 181.2.5-ci (quldurluq) maddələri ilə cinayət işi başlanmışdır.
Araşdırma aparılır.