Siyəzən şəhərində yol-nəqliyyat hadisəsi
09.10.2014Oktyabrın 10-da saat 12 radələrində Siyəzən şəhərində Ağstafa rayon sakini Zakir Piriyevin idarə etdiyi “Mercedes”, Siyəzən şəhər sakini Zamiq Cəfərovun idarə etdiyi “Hyundai” və Rusiya Federasiyası vətəndaşı Şərif Hacıoğlanovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşmuşdur. Ş.Hacıoğlanov xəstəxanaya yerləşdirilmişdir.
BDYPİ tərəfindən araşdırma aparılır.