Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

“Beynəlxalq Bank”-a məxsus bankomatın partladılması və içərisindəki pul olan qutunun aparılması müəyyən edilmşdir

09.10.2014

Oktyabrın 10-da saat 05 radələrində DİN-in "102 Zəng Mərkəzi"nə Sabunçu rayonu Bilgəh qəsəbəsinin ərazisində partlayış səsinin eşidilməsi barədə məlumat daxil olmuşdur.

Araşdırmalar zamanı Ü.Hacıbəyov küçəsində yerləşən mağazanın önündə “Beynəlxalq Bank”-a məxsus bankomatın partladılması və içərisindəki pul olan qutunun aparılması müəyyən edilmşdir.

Mağazanın mühafizəçisi İkram Mirzəyev izahatında 3 maskalı şəxsin avtomat silahla onu hədələyərək əl-ayağını yapışqanlı lentlə bağlayıb “VAZ-2107” markalı avtomobilin yük yerində aparmalarını və bir neçə dəqiqədən sonra yenidən mağazanın qarşısında düşürmələrini bildirmişdir.

Faktla bağlı Cinayət Məcəlləsinin 181.2.1-ci və 181.2.5-ci (quldurluq) maddələri ilə cinayət işi başlanmışdır.

Araşdırma aparılır.

09.10.2014 tarixinə olan kriminal məlumatlar