Binəqədi rayonu M.Cəlal küçəsində yol-nəqliyyat hadisəsi
06.10.2014Oktyabrın 6-da saat 21 radələrində Binəqədi rayonu M.Cəlal küçəsində Bakı şəhər sakinləri Səxavət Gözəlovun idarə etdiyi “Mercedes”, Əsəd Hümbətovun idarə etdiyi “Mitsubishi”, Tural Əzimovun idarə etdiyi “Mercedes” və Lənkəran şəhər sakini Elsevər Həşimovun idarə etdiyi “Daewoo” markalı avtomobillər toqquşmuşdur. E.Həşimov və 1 sərnişini xəstəxanaya yerləşdirilmiş, E.Həşimov oktyabrın 7-də ölmüşdür.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.