Yevlax rayonunun Boşçalı kəndində “Ford” və “VAZ-21054” markalı avtomobillər toqquşmuşdur
06.10.2014Oktyabrın 7-də saat 14 radələrində Yevlax rayonunun Boşçalı kəndində Gəncə şəhər sakini Eliyar Heydərovun idarə etdiyi “Ford” və Şəki rayon sakini Raqib Orucovun idarə etdiyi “VAZ-21054” markalı avtomobillər toqquşmuşdur. Hər 2 sürücü, E.Heydərovun 2 sərnişini və R.Orucovun 2 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Yevlax RPŞ tərəfindən araşdırma aparılır.