Goranboy şəhərində yol-nəqliyyat hadisəsi
06.10.2014Oktyabrın 7-də saat 20 radələrində Goranboy şəhərində rayon sakini Ürfət Süleymanov idarə etdiyi “Mercedes” markalı avtomobili yol ayırıcısına vurmuşdur. Ü.Süleymanovun 4 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Goranboy RPŞ tərəfindən araşdırma aparılır.