Hacıqabul rayonunun Qarasu kəndində yol-nəqliyyat hadisəsi
06.10.2014Oktyabrın 7-də saat 16 radələrində Hacıqabul rayonunun Qarasu kəndində Sabirabad rayon sakini Əliabbas Rəsulovun idarə etdiyi “VAZ-2106” və Ağstafa rayon sakini Tural Əmrahovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur. Ə.Rəsulov və sərnişinlərindən - azyaşlı nəvəsi Feyruz ölmüş, digər 3 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
BDYPİ tərəfindən araşdırma aparılır.