Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini Rauf Kərimovdan tapança götürülmüşdür

04.10.2014

Oktyabrın 4-də Bakı şəhər sakini Arzun Şükürov Yasamal RPİ 26-cı PB-yə müraciət edərək həmin gün ona məxsus mağazaya gəlmiş paytaxt sakini Rauf Kərimova spirtli içki satmaması ilə əlaqədar sonuncu tərəfindən tapança ilə hədələnməsini bildirmişdir.

26-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Kərimov saxlanılmış, ondan nömrəsi silinmiş “Makarov” markalı tapança götürülmüş, habelə onun sərxoş halda olması müəyyən edilmişdir.

04.10.2014 tarixinə olan kriminal məlumatlar