Oğurluq etmiş Ağcabədi rayon sakinləri Emin Qarayev tutulmuş, Cəmil Əsgərov isə müəyyən edilmişdir
04.10.2014Ağcabədi RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 3-də İlham Paşayevə məxsus qoyunu oğurlamış rayon sakinləri Emin Qarayev tutulmuş, Cəmil Əsgərov isə müəyyən edilmişdir.
Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların oktyabrın 3-də Qulu Quliyevə məxsus 3 ev quşunu, habelə oktyabrın 1-də və 2-də həmyerliləri Eldar Həsənovla birgə Nümunə Mehdiyevaya və Gülnar Muradovaya məxsus ev quşlarını oğurlaması da müəyyən edilmişdir.