Ağdam rayon sakini Əntiqə Novruzovanın evində qaz balonunun nasazlığından yanğına keçən ani partlayış baş vermişdir
04.10.2014Oktyabrın 5-də saat 18 radələrində paytaxtın Nizami rayonu E.Süleymanov küçəsində yaşayan Ağdam rayon sakini Əntiqə Novruzovanın evində qaz balonunun nasazlığından yanğına keçən ani partlayış baş vermişdir. Nəticədə 10 kvm. sahədəki əşyalar yanmış, yanıq xəsarəti almış Bakı şəhər sakini Cəfər Cəfərova xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.