“TT-885” tipli taksofon oğurlamış Bakı şəhər sakinləri Ziya Heybətov, Samir Quliyev və Orxan Hüseynov tutulmuşlar
22.09.2014Sentyabrın 22-nə keçən gecə Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində Bakı Telefon Qovşağına məxsus “TT-885” tipli taksofon oğurlanmışdır.
Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Ziya Heybətov, Samir Quliyev və Orxan Hüseynov tutulmuşlar.