Neftçala rayonunun Cəngən kəndində yol-nəqliyyat hadisəsi
22.09.2014Sentyabrın 22-də saat 14 radələrində Neftçala rayonunun Cəngən kəndində Lənkəran rayon sakini Seyidəli Qasımzadə idarə etdiyi “New Holland W 170” markalı yükləyici avtomobili aşırmışdır.
Neftçala RPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı S.Qasımzadənin həmin avtomobili sentyabrın 22-nə keçən gecə Qaradağ rayonu Səngəçal qəsəbəsində yerləşən “Qaraçay” tikinti şirkətinə məxsus sahədən qaçırması müəyyən edilmişdir.