Ağcabədi rayonunun Təzəkənd kəndində yol-nəqliyyat hadisəsi
22.09.2014Sentyabrın 23-də saat 02 radələrində Ağcabədi rayonunun Təzəkənd kəndində Zərdab rayon sakini Şəmistan Əzizovun və Bərdə rayon sakini Əvəzxan Salmanovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşmuşdur. Ş.Əzizovun sərnişinləri - Zərdab rayon sakinləri Vüqar Babayev, Rasim Əzizov, Ülfət Eminov və Bəhruz Quliyev hadisə yerində ölmüş, hər 2 sürücü xəstəxanaya yerləşdirilmişdir.
Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.