Oğurluqda şübhəli şəxs qismində polis bölməsinə gətirilmiş İsmayıllı rayon sakini lunmuş Vüqar Babayevin digər cinayət əməlləri müəyyən edilmişdir
10.09.2014Sentyabrın 10-da İsmayıllı rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Babayev oğurluqda şübhəli şəxs qismində Səbail RPİ 9-cu PB-yə gətirilmişdir. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun cari ilin iyul ayında İtaliya vətəndaşı Bariaççi Simone Sergtonun Zərgərpalan küçəsində yaşadığı evə, avqust ayında isə Ukrayna vətəndaşı Valeriya Skripniçenkonun Neftçilər prospektindəki evinə qonşuya su axıtması adı ilə girib 300 manat və 50 avro, habelə sənədlər olan pul kisəsini, sonuncunun isə 300 manatını oğurlaması müəyyən edilmişdir.
Səbail RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.