Binəqədi rayonu Biləcəri qəsəbəsində yol-nəqliyyat hadisəsi
10.09.2014Sentyabrın 10-da saat 23 radələrində Binəqədi rayonu Biləcəri qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Şakir Mirzəyev vurulmuşdur. Piyada xəstəxanaya yerləşdirilmişdir.
Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.