Yevlax rayonunun Hürüuşağı kəndində yol-nəqliyyat hadisəsi
10.09.2014Sentyabrın 11-də saat 14 radələrində Yevlax rayonunun Hürüuşağı kəndində Kəlbəcər rayon sakini Aslan Məmmədovun idarə etdiyi "Kamaz" və Mingəçevir şəhər sakini Mövsüm Abışovun idarə etdiyi "VAZ-21154" markalı avtomobillər toqquşmuşdur. M.Abışov hadisə yerində ölmüş, 1 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Yevlax RPŞ tərəfindən araşdırma aparılır.