Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurlanmış dövlət qeydiyyat nişanları ilə avtomobil idarə edən Bakı şəhər sakini Adil Əhmədov saxlanılmışdır

09.09.2014

Sentyabrın 8-də Heydər İbrahimova məxsus “Hyundai” markalı avtomobildən oğurlanmış dövlət qeydiyyat nişanları üzərində olan “Daevoo” markalı avtomobilin Bakı-Şamaxı yolunda hərəkətdə olması DİN-in Təhlükəsiz Şəhər Xidməti tərəfindən aşkar edilmiş və görülmüş tədbirlərlə Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən saxlanılmışdır.

Avtomobilə baxış zamanı Lənkəran rayon sakini Fuad Tağıyevə məxsus “VAZ-21099” markalı avtomobilə məxsus dövlət qeydiyyat nişanları da aşkar edilmişdir.

Avtomobili idarə edən Bakı şəhər sakini Adil Əhmədov araşdırmalar aparılması üçün Abşeron RPŞ-yə təhvil verilmişdir.

09.09.2014 tarixinə olan kriminal məlumatlar