Oğurluq etmiş Bakı şəhər sakini Həsən Səfərovun digər cinayət əməli də müəyyən edilmişdir
09.09.2014Sentyabrın 10-da Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yerləşən plastik qapı-pəncərə sexindən orada işləyən Bakı şəhər sakini İsmət Hacıyevə məxsus 249 manat oğurlanmışdır.
Bakı BPİ DYPİ, Suraxanı RPİ və Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Həsən Səfərov idarə etdiyi “Reno” markalı avtomobildə tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun, sentyabrın 10-da Yeni Günəşli qəsəbə sakini Yusif Babayevə məxsus mobil telefonu oğurlaması da müəyyən edilmişdir.