Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Saatlı şəhər sakini Sərraf Ağayev ölmüşdür
09.09.2014Sentyabrın 1-də Saatlı rayonunda rayon sakini Nadir İmanovun və Bakı şəhər sakini Məmməd Şadlinskinin idarə etdikləri “Mercedes” markalı avtomobillər toqquşmuşdur. Xəstəxanaya yerləşdirilmiş N.İmanovun sərnişini, Saatlı şəhər sakini Sərraf Ağayev sentyabrın 10-da orada ölmüşdür.
BDYPİ tərəfindən araşdırma aparılır.