Ailə-məişət münaqişəsi zəminində 4 qohumuna bıçaqla xəsarət yetirmiş N.Qədəşov tutulmuşdur
24.08.2014Avqustun 25-də Xəzər rayonunun Şağan qəsəbəsində Tərlan Abdullayevin yaşadığı evə gəlmiş qohumu Nahid Qədəşov ailə-məişət münaqişəsi zəminində ona, onun arvadı Ülkərə, oğlu Rəhmana və öz qardaşı Cahidə bıçaqla xəsarət yetirmişdir. Xəstəxanaya yerləşdirilmiş Ülkər orada ölmüşdür.
Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Qədəşov tutulmuşdur.