Ağcabədi rayonu Qaradolaq kəndində “Chevrolet” və “VAZ-2109” markalı avtomobillər toqquşmuşdur
24.08.2014Avqustun 25-də saat 08 radələrində Ağcabədi rayonu Qaradolaq kəndində Rusiya Federasiyası vətəndaşı Elşən Quliyevin idarə etdiyi “Chevrolet” və Saatlı rayon sakini Raul Qarayevin idarə etdiyi “VAZ-2109” markalı avtomobillər toqquşmuşdur. R.Qarayevin sərnişinləri - Beyləqan rayon sakinləri Ramil İbadlı və Amid İsmayılov hadisə yerində ölmüş, özü, habelə E.Quliyevin iki sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.