Paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini N.Həsənovaya zor tətbiq edib mobil telefonunu almış Saatlı rayon sakini Y.Tanrıverdiyev tutulmuşdur
24.08.2014Avqustun 23-də paytaxtın Nizami rayonu ərazisində Yusif adlı şəxs Bakı şəhər sakini Nahidə Həsənovaya zor tətbiq edib mobil telefonunu almışdır.
Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Saatlı rayon sakini Yusif Tanrıverdiyev tutulmuşdur.