Ailə-məişət münaqişəsi zəminində anasına və qardaşı arvadına bıçaqla xəsarət yetirib hadisə yerini tərk etmiş İmişli rayon sakini E.Məmmədov tutulmuşdur
07.08.2014Avqustun 8-də İmişli rayonunun Qaralar kəndində əvvəllər məhkum olunmuş Etibar Məmmədov yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində anası Gövhərə və qardaşı arvadı Tünzaləyə bıçaqla xəsarət yetirib hadisə yerini tərk etmişdir.
Nəticədə anası hadisə yerində ölmüş, Tünzalə xəstəxanaya yerləşdirilmişdir.
İmişli RPŞ əməkdaşları tərəfindən E.Məmmədov tutulmuşdur.