Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yol-nəqliyyat hadisəsi
07.08.2014Avqustun 8-i saat 19 radələrində Lənkəran rayonunun Göyşaban kəndi ərazisində rayon sakini Cavid Qənbərovun idarə etdiyi “KİA” markalı və Neftçala rayon sakini Ayaz Hacıyevin idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşmuşdur.
Nəticədə C.Qəmbərovun sərnişini rayon sakini Lətifə Əlizadə hadisə yerində ölmüş, özü və digər sərnişini Füqanə Zeynalova xəstəxanaya yerləşdirilmişlər.
BDYPİ tərəfindən araşdırmalar aparılır.