İmişli rayonu ərazisində “VAZ-21011” markalı avtomobillə velosiped sürən rayon sakini C.Fətəlizadə vurulmuşdur
07.08.2014Avqustun 8-i saat 19 radələrində İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi ərazisində qəsəbə sakini Qədir Ağayev idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolda velosiped sürən Yeni Bəhrəmtəpə qəsəbə sakini Ceyhun Fətəlizadəni vurmuşdur.
Nəticədə xəstəxanaya yerləşdirilmiş C.Fətəlizadə orada ölmüşdür.
İmişli RPŞ tərəfindən araşdırmalar aparılır.