Gün ərzində 76 cinayət faktı qeydə alınmışdır
10.06.2014Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 76 cinayət faktı qeydə alınmış, onların da 40-ı “isti izlər”lə açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 6 nəfər ölmüş, 12 nəfər yaralanmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 33 nəfər tutulmuşdur.