Mingəçevir şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi
10.06.2014İyunun 11-də saat 02 radələrində Mingəçevir şəhərinin ərazisində “VAZ-2106” markalı avtomobillə şəhər sakini Rasim Mustafayevin idarə etdiyi “İJ” markalı motosiklet toqquşmuşdur. R.Mustafayev və sərnişinləri, atası Tofiq və şəhər sakini Mirsahib Səfərov hadisə yerində ölmüşlər.
Mingəçevir ŞPŞ tərəfindən araşdırma aparılır.